“Bavariya”nın futbolçusu Aryen Robben komandadan ayrıla bilər.
Bu barədə Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Seltik”lə oyundan (3:0) sonra Britaniya mətbuatına açıqlama verən 33 yaşlı futbolçu klubdan ona yeni müqavilə təklif olunmadığını deyib:
“Yeni müqavilə üçün klubdan heç kim mənə müraciət etməyib. Ancaq mən buna görə narahat deyiləm”.
