“Bavariya”nın ulduzu Aryen Robben “Real”la oyundan qabaq açıqlama verib.
Korner.az hollandiyalı ulduzun açıqlamasını sizə təqdim edir:
“Real”ın müdafiə futbolu oynamağı bizim üçün sürpriz idi. Biz hücum futbolu oynamaq və qol vurmaq istəyirdik, amma qolu qapımızda gördük. Əhvalımız yerindədir. Biz hələ acıq və bu klubun tarix yazacağını bilirik. Əgər Ronaldo və Beyl birlikdə oynasa, bizim üçün çətin olacaq”.
