“Rizespor”da yeni baş məşqçi
15.07.2020 , 19:58

“Rizespor”un yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisini xorvatiyalı mütəxəssis Styepan Tomas çıxaracaq.
44 yaşlı çalışdırıcı bu postda istefa vermiş Ünal Karamanı əvəzləyib.
“Rizespor” hazırda 32 xalla 16-cı sırada qərarlaşıb.
