Britaniyalı jurnalislər maraqlı faktı ortaya çıxarıb.
Korner.az-ın məlumatına görə, ingilislər "Lester"in ötən mövsümkü uğurlu çıxışının bu il itməsinin səbəbini axtarıb.
Onların araşdırması öz nəticəsini verib. Belə ki, ötən mövsüm öz çıxışı ilə diqqət çəkən Mahrez və Vardi tandemi bu mövsüm ümidləri doğrultmur. Son 7 matçda cəmi bir dəfə Vardiyə dəqiq ötürmə verən Mahrez komanda yoldaşına qol vurmaq üçün imkan yaratmayıb.
Xatırladaq ki, hər iki futbolçuya yayda iddialı klublardan transfer təklifi gəlsə də, onlar "Lester"də qalmağı üstün saymışdı.
