Rivaldo Ronaldo haqqında danışdı
08.05.2023 , 14:23

Avropa futboluna qayıdacağı gözlənilən portuqaliyalı ulduz Kriştiano Ronaldo ilə bağlı braziliyalı əfsanəvi futbolçu Rivaldo sürpriz açıqlama verib.
Korner.az xəbər verir ki, İspaniya mətbuatına danışan əfsanə, Səudiyyə Ərəbistanına transfer olunan oyunçuların böyük pullara aldanmasından söz açıb:
“Orada həyat öyrəşdiyimiz həyatdan uzaqdır və futbol gözlədiyiniz kimi deyil”
O, Ronaldo ilə bağlı çıxışında ulduz futbolçunun karyerasını “Real”da başa vurmasının daha doğru olacağını düşünür:
“Ronaldonu orada qazandığı pul onu indi xoşbəxt edir. Onun karyerasını “Real Madrid”də başa vurması bütün futbolsevərlər üçün əla olardı. Təbii ki, azarkeşlər ondan 25-26 yaşında etdiklərini gözləməməlidirlər, amma biz bilirik ki, o, hələ də klubun uğur qazanmasına kömək edəcək istedada malikdir”.
