Rivaldo: “Qrizmanın onlara çox faydası olacaq”
24.03.2019 , 10:59
“Barselona” klubunun sabiq futbolçusu Rivaldo Antuan Qrizmanın “Barselona” klubuna mümkün keçidi ilə bağlı danışıb.
Fransalı futbolçunu tərifləyən braziliyalı sabiq oyunçu onun “Barselona” klubuna faydalı olacağını qeyd edib.
“Antuan Qrizman möhtəşəm futbolçudur. O, Dünya çempionudur və “Atletiko” Madrid klubunda böyük işlər görüb. “Barselona” üçün çox faydalı ola bilər.”
Qeyd edək ki, İspaniya mətbuatında Antuan Qrizmanın “Barselona” klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılıb.