Brazilyanın əfsanəvi hücumçusu Rivaldo futbola qayıdır.
Korner.az-ın məlumatına görə, bu xəbəri Rivaldo şəxsi “Instagram” hesabından paylaşıb.
Braziliyalı forvard qısa zamanda forma yığacağına inanır:
“Mən çox düşündüm və qərara aldım ki, “Moji-Mirin” klubuna qoşulum. 15 ay futbol oynamasam da, artıq dizimdə ağrılar hiss etmirəm. Qısa zamanda forma yığacağıma inanıram”
Xatırladaq ki, Rivaldo futbolçu karyerasını 2014-cü ildə yekunlaşdırıb və çıxış etmək istədiyi “Moji-Mirin” (Braziliya B seriası) klubunun sahibidi
