Rivaldo: “Bu rəqəmlər axmaqlıqdır”
30.03.2019 , 11:12

Braziliyalı futbol əfsanəsi Rivaldo son illərdə futbolçulara təyin olunan transfer qiymətləri ilə bağlı danışıb.
Sabiq futbolçu bu rəqəmlərin həddən artıq çox şişirdildiyini deyib.
“Mbappe 280 milyon avro? Bu nə axmaq qiymətlərdir? Neymar, Messi və Kriştiano Ronaldo belə, 280 milyon avro etmir. Bu qiymətlər şişirdilib.”
Qeyd edək ki, Rivaldo meydana çıxdığı 481 görüşdə 227 dəfə rəqib qapılara yol tapıb.
