Azərbaycan Rioda keçirilən olimpiya oyunlarında ilk qızıl medalını qazanıb.
Korner.az-ın məlumatına görə, taekvandoçumuz Radik İsayev bu uğura imza atıb.
80 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionumuzun rəqibi əqibi niger idmançısı Abdulrazzak İssufu olub. Təmsilçimiz həlledici görüşdə 6:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Rioya yollanan 4 taekvondoçumuzdan digər üçü – Milad Beiqi Harşeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıblar. Fəridə Əzizova (67 kq) isə yarışı 5-ci yerdə bitirib.
