Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Korner.az-ın məlumatına görə, bu gün mübarizəyə xanım güləşçilər də qoşulacaq.
Öncə yığmamızın əsas medal ümidləri – Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) xalça üzərinə çıxacaqlar.
48 kq
Mübarizəyə 1/8 final mərhələsindən başlayacaq Mariyanın ilk rəqibi Patrisia Bermudes olub. Təmsilçimiz bu görüşdən qalib ayrılıb. Mariya Stadnik 1/4 finalda rəqibini 10:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. O, u mərhələə bolqar rəqibi Yelica Yankova ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:24-də başlayıb. Təmsilçimiz qələbə qazanaraq finala yüksəlib.
Finalda yapon Eri Tosakaya rəqib olan güləşçimiz görüşü məğlubiyyətlə bitirib.
58 kq
Bu gün mübarizəyə qoşulan daha bir güləşçimiz Yuliya Ratkeviç birinci görüşündə ukraynalı güləşçiyə 7:5 hesabı ilə qalib gəlib. İkinci görüşündə kolumbiyalı Jaklin Renteriya ilə qarşılaşan təmsilçimiz 3:1 hesabı ilə qalib gəlib. Yarımfinalda Yuliya yapon güləşçi ilə üzləşib. Bu görüşdə məğlub olsa da, bürünc uğrunda mübarizə aparıb. Təmsilçimiz tunisli rəqibinə son saniyələrdə məğlub olub – 3:6
