Boksçumuz Teymur Məmmədov (81 kq) Rio Yay Olimpiya Oyunlarında 1/4 finaldakı rəqibi müəyyənləşib.
Korner.az-ın məlumatına görə,Braziliyada yığmamızın bayraqdarı yarımfinala yüksəlmək üçün Adilbek Niyazimbetovla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək. Döyüş avqustun 14-də, yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə saat 03:00-da) başlayacaq.
Qeyd edək ki, T.Məmmədov 1/8 finalda Peter Müllenberqi (Hollandiya) mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib.
