Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Korner.az-ın məluatına görə, bu gün daha iki pəhləvanımız Olimpiadaya start verib.
Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq) medallar uğrunda yarışacaqlar.
Saman mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Son dünya çempionatının bürünc mükafatçısının ilk rəqibi Rusiyanı təmsil edən gürcü güləşçi Davit Çakvetadze olub. O rəqibinə məğlub
Sabah Şəriəti isə Olimpiadada 1/8 finaldan debüt edib. Avropa Oyunları və Qitə birinciliyinin gümüş mükafatçısının ilk rəqibi David Smit (ABŞ) olub. Bu qarşılaşmanın qalibi təmsilçimiz olub. Onun 1/4 finalda mübarizəsi 18:20-də olacaq. Onun rəqibi türk güləşçi Rza Kayalp olub. Təmsilçimiz bu görüşdə 0:5 hesabı ilə məğlub olub.
Buna baxmayaraq güləşçimizin müdal şansı qalmaqdadı. O bürünc uğrunda mübarizədə Venesuelladan olan güləşçi Ervin Karabalyo ilə qarşılaşıb. O bu görüşdən 8:0-lıq üstünlüklə qalib ayrılıb. Sabah Şəriəti son təsəlli matçında alman rəqibini təmiz qələbə ilə üstələyib və bürünc medalın sahibi olub.
