Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edəcək.
Korner.az-ın məlumatına görə, milli komandamızın üzvü Rüstəm Orucov da tatami üzərinə çıxacaq.
73 kq çəki dərəcəsində mübarizə aparan Orucov mübarizəyə 1/16 final mərhələsindən start verəcək. Tiflis Qran-prisinin və son Avropa çempionatının qızıl medalçısı olan təmsilçimiz Didar Həmzəni (Qazaxıstan) sınağa çəkib. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb.
O, 1/8 finalda avstraliyalı Jak Benstedlə münasibətinə aydınlıq gətirib. Bu rəqibini də ipponla keçən təmsilçimiz 1/4 finala yüksəlib.
Rüstəm yarımfinala çıxmaq üçün macarıstanlı Miklos Unqvari ilə görüşüb. Təmsilçimiz bu görüşdən qalib ayrılıb. Rüstəm yarımfinal qarşılaşmasından da qalib ayrılıb.
Finalda yapon rəqibinə ipponla uduzan idmançımız gümüş medala yiyələnib
Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunsa da, onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub.
