Bu gün Rio Olimpiadasında daha bir avarçəkənimiz mübarizəyə başlayıb.
Korner.az-ın məlumatına görə, yığmamızın liderlərindən Aleksandr Demyanenko start xəttinə çıxıb.
33 yaşlı idmançı 1 nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüşdə finişə 39,749 saniyəyə çatıb.
Nəticədə o, bütün rəqiblərini qabaqlayaraq, yürüşün qalibi olub və yarımfinala yüksəlib. Onun növbəti yürüşü saat 17:42-də başlanayaq.
