Braziliyanın paytaxtı Rio-de-Janeyroda keçirilən olimpiya oyunlarında 7 gün arxada qalıb.
Korner.az-ın məlumatına görə, idmançılarımızın aktivində hələki 2 gümüş medal var.
Azarkeşlərimizin maraqla gözlədiyi güləşçilərimizin mübarizəsi 14 avqustda başlayacaq. Yerli vaxtla saat 10:00-da Yunan-Roma güləşçiləri mübarizə aparacaq. Güləş yarışlarının ilk günündə 59 kq və 75 kq-da qaliblər müəyyən olacaq.
Bakı vaxtı ilə 17:00-dan ikiqat olimpiya mükafatçımız Rövşən Bayramov güləşəcək.
