Rio-2016 Yay Olimpiya Oyunlarının boks yarışında 1/4 final mərhələsinin növbəti görüşləri keçirilib.
Korner.az-ın məlumatına görə, yarımfinala çıxmaq üçün bu gün Azərbaycan yığmasının daha bir idmançısı rinqə çıxıb.
1/8 finalda qazaxıstanlı Oljas Sattibayevi mübarizədən kənarlaşdıran dünya çempionumuz Elvin Məmişzadə ikinci qarşılaşmasında özbəkistanlı Şaxobidin Zoirovla üz-üzə gəlib. Təmsilçimiz bu görüşdə məğlub olmaqla mübarizəni dayandırıb.
