Bu gün Rio Olimpiadasında Azərbaycanın dörd idmançısı çıxış edəcək.
Korner.az-ın mılumatına görə. ilk olaraq cüdoçu Nicat Şıxəlizadə (66 kq) mübarizəyə qoşulacaq.
1/16 final görüşündə onun rəqibi ispaniyalı Suqoy Uriarte olacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Saat 19:15-də velosiped idmanının şosse növü üzrə mübarizə aparan Yelena Pavluxina ilk medallarımızı qazanmaq üçün yarışa başlayacaq.
Kanoe-slalomçu Yure Meqliç 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə mərhələdə 2 keçid edəcək. İlk keçid saat 20:42-də, ikincisi isə saat 22:42-də başlayacaq
Komandamızın bayraqdarı, boksçu Teymur Məmmədov də gecə saat 02:00-da rinqə çıxacaq. O, ukraynalı Denis Solonenko ilə 1/16 final qarşılaşmasınna çıxacaq.
