Braziliyada Yay Olimpiya Oyunları davam edir.
Korner.az-ın məlumatına görə, yarışın 9-cu günündə daha 3 Azərbaycan idmançısı çıxış edəcək.
Boks üzrə super ağır çəkidə (+91 kq) mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/8 finalda qazaxıstanlı İvan Diçko ilə mübarizə aparacaq.
Güllə atıcımız Ruslan Lunyov isə 25 m məsafəyə hədəfi dəqiq nişan almaq üçün ikinci təsnifat mərhələsində çıxış edəcək.
Velosipedçimiz Olqa İsmayılova isə keyrində ilk yürüşünə çıxacaq.
Boks
1/8 final
02:45. Məhəmmədrəsul Məcidov (+91 kq) – İvan Diçko (Qazaxıstan)
Güllə atıcılığı
25 m, II təsnifat mərhələsi
16:00. Ruslan Lunyov
Velospied idmanı
Keyrin, I mərhələ
17:00. Olqa İsmayılova
