Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunları davam edir.
Korner.az-ın məlumatına görə, yarışların XII günündə Azərbaycan yığmasının 7 idmançısı mübarizə aparacaq.
Belə ki, təmsilçilərimizdən Elvin Məmişzadə (52 kq) növbəti döyüşünə çıxacağı halda, Olimpiya mükafatçımız İnna Osipenko-Radomskaya ikinci cəhdini edəcək.
Patimat Abakarova, Valentin Demyanenko, Hayle İbrahimov, Mariya Stadnik və Yuliya Ratkeviç Rioda ilk sınağına çıxacaq.
Məmişzadə yarımfinala yüksələcəyi halda, ən azı “bürünc” təmin edəcək. Həmçinin Abakarova, Stadnik və Ratkeviç üçün gün həlledici xarakter daşıyır. Çünki onlar mübarizəyə başladıqları gündə Rioda çıxışlarını başa vuracaqlar. Milliləşən avarçəkənlərimiz və atletimiz isə təsnifat mərhələsində qüvvəsini sınayacaq. Bu üzdən onlar hələlik medal deyil, finala vəsiqə uğrunda yarışacaqlar.
Olimpiya Oyunları
XII gün
Taekvondo
1/8 final
49 kq
17:00. Patimat Abakarova – Tiyana Boqdanoviç (Serbiya)
Kanoe Sprint
200 m
Təsnifat mərhələsi
16:37. Valentin Demyanenko
Kayak
500 m
Təsnifat mərhələsi
17:19. İnna Osipenko-Radomskaya
Güləş
1/8 final
48 kq
17:48. Mariya Stadnik – Patrisia Bermudes (Argentina)
58 kq
17:56. Yuliya Ratkeviç – Oksana Herhel (Ukrayna)
Boks
1/4 final
52 kq
22:30. Elvin Məmişzadə – Şaxobidin Zoirov (Özbəkistan)
Atletika
5000 m məsafəyə qaçış
17:05. Hayle İbrahimov
