Rinaldi ölüm ayağındadır
10.05.2020 , 13:21

İtaliyanın “Atalanta” klubunun futbolçusu Andrea Rinaldi xəstəxanaya yerləşdirilib.
Korner.az-ın məlumatına görə, italiyalı futbolçuya beyin anevrizması diaqnozu qoyulub.
19 yaşlı oyunçunun vəziyyətinin ağır olduğu bildirilir. Həkimlər onun çox yaşayamayacağını bildirib.
