Formula1

Rikkardo dəbilqəsi ilə Ferstappeni vurub?

06.01.2018 , 12:30

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Macarıstanda dəbilqəsini Ferstappenin başına çırpmaq istəyib.

Hunqarorinqdəki yarışın startında Ferstappen avstraliyalı sürücüyə arxadan çırpılmış və nəticədə Rikkardo mübarizəni ilk dövrədə dayandırMalı olmuşdu.

Daniel Rikkardo: “Budapeştdə çox əsəbiləşdim. Adrenalin çox idi və əsəblərimə sahib ola bilmirdim. Əgər səhv sizdə deyilsə, qəbul etmək çətin olur. Bu, mənim günahım deyildi. Özümü çətinliklə ələ aldım. Marşallar yanıma gəldi və məni aparmaq istədilər. Mənə – “trasdan çıxmalısan,” – dedilər. Amma mən bilərək gözlədim. Maks yanımızdan keçəndə onun üstünə dəbilqəmi atmaq istədim. Lakin mən yaxşı idmançıyam. Məni tanıyırsınız və heç vaxt belə şey etmərəm. Düşünsəm də, etmədim”. (f-1.az)

Son yazılar

Yuxarı