Portuqaliya yığması futzal üzrə Avropa çempionatının 1/4 finalında millimizə 8:1 hesabı ilə qalib gələrək yarımfinalda Rusiyaya rəqib olub.
Komandanın əsas siması Rikardinyo millimizlə matçda 4 qol vuraraq Avropa çempionatıarı tarixinin ən yaxşı bombardiri olub. 32 yaşlı ulduz bu matç barədə və rekorduyla bağlı danışıb:
“Çox gözəl qələbə qazandıq. Bu qalibiyyətlə hamıya mesaj göndərdik. Rekorda imza atmaq yaxşı nəticədir. Yeremenko kimi yaxşı oyunçunu geridə qoyaraq, Avropa çempionatları tarixində bombardir olmaq maraqlı gəlir. Lakin futzal hər zaman bizə daha yaxşı işlər görmək üçün şərait yaradır”.
Qeyd edək ki, Rikardinyo 2003-cü ildən Portuqaliya millisində oynayır.
