Riçard Almeydadan “Qarabağ” açıqlaması
22.12.2018 , 16:45

“Astana”nın yarımmüdafiəçisi Riçard Almeyda qış fasiləsində “Qarabağ”a qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Millimizin üzvü “Sports.kz” saytına açıqlamasında bu barədə heç nə bilmədiyini söyləyib. Hazırda vətəni Brailiyada olan 29 yaşlı futbolçu istirahət etdiyini deyib:
“Bu barədə heç nə bilmirəm. Mənim “Astana”ilə müqaviləm davam edir. Mövsüm başa çatdığı üçün hazırda Braziliyada dincəlirəm”.
Qeyd edək ki, 2012-2018-ci illərdə “Qarabağ”ın formasını geyinən Almeyda ötən mövsümün sonunda “Astana”ya keçib. Onun Qazaxıstan klubu ilə hələ 1,5 illik müqaviləsi var.
