Riçard Almeyda Roman Qriqorçukun komandasında!
02.07.2018 , 13:09

Azərbaycan milli komandasının üzvü Riçard Almeydanın yeni klubu rəsmən müəyyənləşib.
“Qarabağ”da keçirdiyi 5 illik parlaq sezondan sonra Almeyda Qazaxıstan çempionatına üz tutub. Yarımmüdafiəçi Azərbaycan futboluna çox tanış sima olan Roman Qriqorçukun başçılıq etdiyi Astana klubu ilə 3 illik müqaviləyə qol çəkib. İlk il üçün müqavilənin dəyəri 1 milyon avrodur.
“Astana” Riçardın xidmətində 3 həftədir ki, maraqlı idi. Lakin Avropada oynamaq istəyən braziliyalı onların təklifinə müsbət cavab vermirdi. Nəhayət bu gün səhər saatlarında yekun danışıqlar olub və Riçardla klub arasında 3 illik sözləşmə imzalanıb. (futbol11.az)
