Riçard Almeyda rəsmən “Zirə”də
26.10.2020 , 17:35

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.
Korner.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Riçard Almeydayla bu mövsümün sonuna kimi müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan millisinin heyətində 22 oyunda 3 dəfə fərqlənən Almeyda daha əvvəl ölkəmizdə “Qarabağ”ın, həmçinin Braziliyanın “Sante Andrade”, Portuqaliyanın “Jil Visente”, Qazaxıstanın “Astana” və Küveytin “Baniyas” klublarında çıxış edib.
