Riçard Almeyda rəsmən BƏƏ klubunda
21.01.2020 , 21:06

“Qarabağ”dan ayrılan Riçard Almeydanın yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunda davam etdirəcək. Futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb.
