Riçard Almeyda rəsmən “Astana”da
04.07.2018 , 11:45

Mövsümün sonunda “Qarabağ”dan ayrılan Riçard Almeydanın yeni klubu müəyyənləşib.
Braziliyalı yarımmüdafiəçi “Astana”ya keçib. Xəbəri Qazaxıstan klubunun rəsmi saytı yayıb. Milli komandamızın da formasını geyinən futbolçuyla bağlanmış müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, “Astana”ya mövsümün sonunda “Qəbələ” ilə yollarını ayıran Roman Qriqorçuk başçılıq edir.
