Riçard Almeyda “Qarabağ”dan ayrıldı
24.12.2019 , 10:27

Riçard Almeyda “Qarabağ”dan ayrılıb.
Braziliyalı yarımmüdafiəçi sports.kz saytına müsahibəsində bu barədə məlumat verib.
– “Qarabağ”ı tərk edəcəyiniz deyilir.
– Bəli, elədir.
– “Astana”ya qayıdırsınız?
– Biz anlaşdıq və “Astana” ilə müqaviləyə xitam verdik.
– Nə vaxt baş verib?
– 3-4 ay əvvəl müqaviləni pozduq.
– Yeni klub tapmısan?
– Agentim bir klubla danışıb, amma qərar verməmişəm. İndi tətildəyəm, bir neçə günə qərar verəcəm.
– Qazaxıstan klubları səninlə maraqlanır?
– İndiyə qədər yox. Qazaxıstandan agentimlə əlaqə saxlayan olmayıb.
