Riçard Almeyda: “Neftçi”nin çempion olması mümkün deyil”
06.05.2019 , 12:05

“Qarabağ” klubunun futbolçusu Riçard Almeyda “Səbail” ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
“Neftçi”nin çempion olmasının mümkünsüz olduğunu dilə gətirən braziliyalı futbolçu daha sonra bunları deyib:
“Qarabağ”ın üstünlüyü ondan ibarətdir ki, biz 4-5 ildir ki, birlikdə çıxış edirik. Bir-birimizi yaxşı başa düşürük. “Neftçi”nin çempion olması mümkün deyil.
Almeyda gələcək karyerası ilə bağlı da danışıb.
“Qarabağ”la 6 aylıq müqaviləm var. Ümid edirəm ki, hər şeyi yoluna qoya biləcəyik. “Qarabağ” ailəmdir və mənim ailəm buranı çox sevir. Burada olmaqdan çox xoşbəxtəm”.
