Futbol

Riçard Almeyda Messi və Neymarı qabaqladı

02.11.2017 , 13:15

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4 oyunundan sonra ən çox dəqiq ötürmə verən futbolçuların siyahısını tərtib edib

Ən yaxşı göstərici “Barselona”nın futbolçusu Serxio Busketsə məxsusdur. O, 406 ötürmənin 385-də dəqiq olub (95 faiz). Con Stounz, Nikolas Otamendi  (“Mançester Siti”), Joel Matip (“Liverpul”), Nemanya Matiç (“Mançester Yunayted”), Marko Verratti (PSJ), Samuel Umtiti (“Barselona”), Toni Kroos, Luka Modriç, İsko (“Real”) kimi futbolçular növbəti sıralarda qərarlaşıblar.

Siyahıda “Qarabağ”ın da futbolçuları var. Ən yaxşı göstərici Riçard Almeydaya məxsusdur. Millimizin üzvü 277 ötürmə edib və bunların 252-si uğurlu alınıb (91 faiz). O, Marselo (“Real”), Sesk Fabregas (“Çelsi”), Lionel Messi (“Barselona”), Cordan Henderson, Əmrə Can (hər ikisi “Liverpul”), Marek Hamşik, Lorenso İnsinye  (hər ikisi “Napoli”), Kasemiro (“Real”), Neymarı (PSJ) qabaqlayıb.

“Qarabağ”dan bu siyahıda Qara Qarayev də yer alıb. Milli komandamızın üzvü 227 ötürmənin 208-də dəqiq oynayıb (92 faiz). Qara Daley Blind, Henrik Mxitaryan (hər ikisi “Mançester Yunayted”), Aleks Sandro, Miralem Pyaniç (hər ikisi “Yuventus”), Andres İniesta, İvan Rakitiç (“Barselona),  Fabinyo (“Monako”), Adrien Rabio (PSJ), David Silva (“Mançester Siti”), Saul Niqesı (“Atletiko”) geridə oyub.

Siyahıda olan “Qarabağ”ın digər futbolçuları bu göstəricilərə sahibdir:

Rəşad Sadıqov – 164 ötürmə, 157-si dəqiq, 96 faiz

Miçel – 165 ötürmə, 135-i dəqiq, 82 faiz

Maksim Medvedev – 138 ötürmə, 116-sı dəqiq, 84 faiz

Ansi Aqolli – 134 ötürmə, 113-ü dəqiq, 84 faiz

Yakub Jezniçak – 106 ötürmə, 96-sı dəqiq, 91 faiz

Son yazılar

Yuxarı