Riçard Almeyda: “Bu, bizə qarşı təhqirdi”
04.10.2019 , 16:14

Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Düdelanj”la matçda baş verən erməni təxribatı haqda fikirlərini bildirib.
Korner.az xəbər verir ki, hadisəni şərh edən futbolçumuz “Qarabağ”a qarşı təxribatın təkrarlandığını qeyd edib:
“Hər kəs bu münaqişə haqqında bilir. Neçənci dəfədi ki, belə hallar təkrarlanır. Bu, bizə qarşı təhqirdi. Hakim bizə dron enənə qədər paltardəyişmə otağından çıxmamağı dedi. Biz dronu topla vurmaq istəsək də, alınmadı. “Arsenal”la matçda da bənzər hadisə yaşanmışdı. Onda bir nəfər meydana qaçmışdı, indi də dron. Bu yolverilməz haldı”.
