Futbol

Riçard Almeyda Azərbaycan millisinin tam hüquqlu oyunçusudu

30.05.2017 , 10:54

FIFA-nın müvafiq komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu Riçard Almeydanın milli komandada oynamaqla bağlı müraciətinə baxıb və məsələnin həllini mövcud qaydalara uyğun olaraq AFFA-nın səlahiyyətinə verib.

Korner.az-ın xəbərinə görə, bu haqda AFFA-nın saytı məlumat yayıb. Bildirilib ki, AFFA rəhbərliyinin bu məsələ ilə bağlı müsbət qərarı millinin baş məşqçisinin nəzərinə çatdırılıb.

Beləliklə, Riçard Almeydanın Azərbaycan millisinin heyəyində rəsmi oyunlara çıxması üçün heç bir hüquqi əngəl qalmayıb. “Qarabağ”ın braziliyalı oyunçusunun iyunun 10-da Şimali İrlandiyaya qarşı DÇ-2018-in seçmə matçında iştirak edəcəyi gözlənilir.

Son yazılar

Yuxarı