Riçard Almeyda 250-ci matçını keçirib
29.04.2019 , 18:48

Topaz Premyer Liqasının XXVI turu çərçivəsində baş tutan “Zirə” -“Qarabağ” görüşündə qonaqların futbolçusu Riçard Almeyda 250-ci matçını keçirib. Cənubi amerikalı bu görüşlərdə 54 qol vurub.
PFL-in rəsmi saytına istinadən verilən xəbərə görə, Riçard Premyer Liqada 173 matçda 42, Azərbaycan kubokunun 22 oyununda 5, avrokuboklardakı 55 qarşılaşmada 7 dəfə rəqib qapısına yol tapıb.
