Riberiyə sərt cəza
29.10.2019 , 20:38

“Latsio” ilə oyundan sonrakı davranışına görə “Fiorentina”nın futbolçusu Frank Riberi cəzalandırılıb.
Korner.az xəbər verir ki, İtaliya Futbol Federasiyası fransalı yarımmüdafiəçiyə 3 oyunluq cəza verib. Bundan əlavə futbolçuya 20 min avro cərimə də kəsib.
Xatırladaq ki, Riberi sözügedən matçın final fitindən dərhal sonra qarşılaşmanın yan xətt hakimini sərt şəkildə iki dəfə itələmiş və buna görə qırmızı vərəqə almışdı.
