Milli komandalarında karyeralarını başa vuran “Bavariya”nın bir neçə futbolçusu münhenli fanatlarla yoldaşlıq oyunu keçirib.
Korner.az-ın məlumatına görə, matçın gedişində münhenli azarkeş Frank Riberiyə fint edib. Belə ki, baxımlı driblinq göstərən Aleksander Fraytaq fransalı ulduzdan sıyrılmağı bacarıb.
