Riberi zədələndi
10.01.2019 , 20:42

Almaniyanın “Bavariya” klubunun aparıcı futbolçularından hesab olunan Frank Riberi zədələnib.
36 yaşlı yarımmüdafiəçi Münhen təmsilçisinin məşqində xəsarət alıb.
Onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb. Almaniya klubunun heyətində fransalı oyunçu ilə yanaşı, Aryen Robben və Korenten Tolisso da zədələdir.
Qeyd edək ki, Riberinin mövsümün sonunda “Bavariya”dan ayrılacağı gözlənilir. Təcrübəli yarımmüdafiəçi daha öncə onu “qızıl steyk”ə görə tənqid edən azarkeşləri söyüb.
