“Bavariya”nın heyətində ciddi itki baş verib.
Münhen təmsilçisinin təcrübəli futbolçusu Frank Riberi sıradan çıxıb.
Bundesliqanın 7-ci turunda “Herta” ilə matçın (2:2) 62-ci dəqiqəsində zədələnən fransız yarımmüdafiəçinin durumu ciddidi. 34 yaşlı futbolçunun 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
