Almaniya Bundesliqasında mübarizə aparan “Bavariya”nın futbolçusu Frank Riberi yenidən Türkiyə Super Liqasında oynaya bilər.
Korner.az-ın məlumatına görə, menecerlər heyətini gücləndirmək üçün çalışmalarını davam etdirən “Trabzonspor”a fransız oyunçunu təklif ediblər.
Yarımmüdafiəçinin transfer qiymətini soruşan Qara dəniz təmsilçisinin gələcək cavaba əsasən hərəkət edəcəyi bildirilir.
Xatırladaq ki, 33 yaşlı oyunçu bu mövsüm “Bavariya” forması ilə 22 oyuna 3 qol vurub və 12 məhsuldar ötürmə edib.
