Almaniya Bundesliqasında mübarzə aparan “Bavariya”nın ulduz futbolçusu Frank Riberi Türkiyə Super Liqasının bir neçə klubu ilə görüşür. Bu haqda “France Football” məlumat yayıb.
2007-ci ildən bəri Münhen təmsilçinin formasını geyinən Riberi yeni macəraya hazırlaşır.
Bundan əvvəl 34 yaşlı oyunçu Türkiyədə 2004-2005 mövsümündə “Qalatasaray”ın heyətində oynamış, daha sonra alacaqlarının ödənilməməsi səbəbilə “Marsel”ə keçmişdi.
