Riberi onu tənqid edən azarkeşləri söyüb: “Sizin, ananızı, bacınızı və bütün nəslinizi…”
07.01.2019 , 13:09

“Bavariya”lı futbolçu Frank Riberi məşhur türkiyəli aşbaz Nüsret Gökçenin qonağı olub. Fransız futbolçu Di Kapriodan tutmuş Messiyə qədər hər kəsin ziyarət etdiyi aşbazdan qızıl steyk sifariş verib (1200 avro dəyərində).
Daha sonra videonu sosial şəbəkədə paylaşan futbolçu azarkeşlər tərəfindən sərt tənqid olunub. Şərh bölməsində futbolçunu söyən və tərəfini tutan azarkeşlər var idi. Ən çox reaksiyanı ac insanların təsvir olunduğu şəkil almışdı:
Frank Riberi ona yazılan şərhlərə cavab verməyi özünə borc bilib: “2019-cu il mənə nifrət edən, yırtıq qoruyucudan əmələ gələn insanlarla başlayır. “Sizin, ananızı, bacınızı və bütün nəslinizi #####. Sizə borclu deyiləm. Bu günə qədər hər şeyi Allahın dəstəyi ilə özüm əldə etmişəm”.
— Franck Ribéry (@FranckRibery) January 5, 2019
Futbolçunun bu sözlərindən sonra “Bavariya” klubu Riberini cərimələyib. Münhenlilərin idman direktoru Hasan Salihamidçiz “Bavariya”lı futbolçunun belə danışmasının yolverilməz olduğunu bildirib.
No better way to start the year than with a dash of salt and a visit to my Turkish brother ???? #SaltBae #fr7? #ELHAMDOULILLAH??♥️ pic.twitter.com/O5ztj4mueq
— Franck Ribéry (@FranckRibery) January 3, 2019
