Fransa millisinin baş məşqçisi Didye Deşam Frank Riberini yenidən yığmaya çağıra bilər.
Korner.az-ın məlumatına görə, bu barədə təcrübəli mütəxəssis özü açıqlamasında qeyd edib. O bildirib ki, millidəki karyerasını başa vuran Riberini Fransa milli komandasında dəvət etməsi mümkündür:
“Zinəddin Zidan da yığmadakı karyerasını bitirdiyini söyləməsinə baxmayaraq, sonradan qərarını dəyişmişdi. Riberi də yaxşı formada olmağa davam etməlidir. Onu “Avro-2016″da milliyə çağıra bilərəm”.
