Çempionlar Liqası yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Real" (Madrid) ilə qarşılaşacaq olan "Bavariya"nın futbolçusu Franq Riberi maraqlı açıqlamalar verib. Korner.az-ın məlumatına görə, "kral klubu"nu məğlub etmək üçün əlindən gələni edəcəyini deyən Riberi bu cür davam edib: "Karyeramın ən vacib oyununa çıxacam. Lakin "Real"ı tək başına keçə bilmərəm. Komanda yoldaşlarıma da ehtiyacım olacaq."