“Bavariya”nın futbolçusu Frank Riberi yeni mövsümün ilk həftəsində oynamayacaq.
Korner.az-ın məlumatına görə, bu barədə Münhen klubunun baş məşqçisi Pep Qvardiola məlumat verib.
O bildirib ki, 32 yaşlı yarımmüdafiəçi zədəsi Almaniya bundesliqasının ilk oyununa kimi sağalmayacaq:
“Riberi avqustun 14-u “Hamburq”a qarşı matçda oynamayacaq. Ancaq növbəti görüşlərə kimi onun sağalacağına ümid edirəm”.
