Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb. Korner.az-ın məlumatına görə, ölkəmizi UEFA Avropa Liqasının qrup mərhələsində təmsil edən "Neftçi" dünya reytinqində irəliləyib.
Belə ki, Azərbaycanın siyahıda yeganə təmsilçisi olan "ağ-qaralar" ötən ayla müqayisədə 2 pillə irəliləyərək 78,5 xalla 257-ci yerdə qərarlaşıb.
Estoniyanın "Flora" və Zimbabvenin "Dinamos Harare" klubları da "Neftçi" ilə 257-ci pilləni bölüşdürürlər. Paytaxt klubunun Avroliqadakı rəqiblərindən olan "İnter" 18-ci, “Rubin” 86-cı, “Partizan” isə 127-cidi.
Siyahıya yenə İspaniyanın "Barselona" klubu 349 xalla başçılıq edir. İkinci yerdə isə "Atletiko" (Madrid) qərarlaşıb. Madrid təmsilçisinin aktivində 290 xal var/
