“Reyncers”də şok qərar – Baş məşqçi ilə vidalaşdılar
06.10.2025 , 12:30
Şotlandiyanın “Reyncers” klubu baş məşqçi Rassell Martinlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bununla bağlı klubun rəsmi saytı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, mütəxəssis və onun heyəti çox çalışsa da, nəticələr gözləntiləri doğrultmayıb.
Rassell Martin bu ilin 5 iyununda komandaya rəhbər gətirilmişdi. “Reyncers” onun rəhbərliyi altında Şotlandiya Premyer Liqasında 7 turdan sonra 8 xalla 8-ci pillədə qərarlaşıb.