Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silva karyerasını Qazaxıstanda davam etdirə bilər.
Braziliyalı yarımmüdafiəçi hazırda “Aktobe” klubunda baxışdadır. Reynaldo məşqçi heyəti tərəfindən bəyəniləcəyi təqdirdə, onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Reynaldo bu yaxınlarda transfer olmağa hazırlaşdığı Slovakiyanın “Spartak Trnava” klubundan ayrılıb.