“Qarabağ”ın futbolçusu Reynaldo Azərbaycan çempionatında 40-cı qolunu vurub.
Korner.az-ın apasport.az-a istinadən məlumatına görə, braziliyalı legioner Topaz Premyer Liqasının ilk turunun “İnter”lə səfər matçında fərqlənib.
O, 40-cı qolunu 78-ci matçında vurub.
Bununla, Reynaldo Azərbaycan çempionatlarında ən çox qol vuran futbolçular siyahısında 50-ci yerə şərik olub. Cənubi amerikalı Samir A.Məmmədov, Junivan Suares, Fernando Peres və Mehman Allahverdiyevlə eyni göstəriciyə malikdi.
Reynaldo Azərbaycanda çıxış etmiş legionerlər arasında 6-cı göstəriciyə malikdi. Peres və Suareslə şərik olan “Qarabağ”lı yalnız Badri Kvaratsxeliya (71), Georgi Adamiya (61), Viktor İqbekoyi (46), Branimir Subaşiç (42), Leandro Qomeşdən (41) geri qalır.
Qeyd edək ki, Reynaldonun hesabı açdığı oyunda komandası 1:2 hesabı ilə uduzub.
