Xəbər verdiyimiz kimi, “Qarabağ”ın futbolçusu Reynaldo Silva vətəni Braziliyada qəzaya düşüb.
Ağdam klubunun aparıcı üzvü şəxsi “Chevrolet Camaro” markalı avtomobili ilə hərəkətdə olarkən, motosikli vurub. Nəticədə motosiklin sürücüsünün sol ayağı qırılıb. Əməliyyat olunan şəxsin vəziyyəti sabit qiymətləndirilir.
