Reynaldo “Qarabağ”da ilk məşqə çıxdı
08.01.2019 , 10:33

Antalyada qış təlim-məşq toplanışını davam etdirən “Qarabağ”ı hazırlığın ikinci gününü iki məşqlə başa vurub. Günün ilk məşqi fitnes zalında baş tutub və təxminən 60 dəqiqə davam edib.
Günün ikinci məşqi isə meydançada baş tutub və təxminən 1 saat 10 dəqiqə davam edib. Yağışlı hava şəraitində keçən məşqdə futbolçular fiziki təmrinlərin ardından toplu çalışmaları yerinə yetirib. Yeni transfer Reynaldo Silva da komandaya qoşulub.
