Braziliya əsilli futboçu Reynaldonun milliləşdirilməsi barədə xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, “Qarabağ”ın legioneri Reynaldo Silva bu gün AFFA-da keçirilən Azərbaycan yığmasında oynamaq təklifi haqda görüşdən sonra açıqlamasında bunları deyib:
“Təklifi müsbət qarşıladım. Mənə Azərbaycan yığmasında oynamaq maraqlı gəlir. Müxtəlif məsələlər müzakirə olundu, mənim üzərimə düşənlərə müsbət cavab verdim. Qalıb məsələnin hüquqi tərəfləri. O da AFFA-nın işidi”.
Reynaldodan yığmada oynamağının nə qədər real olduğunu soruşduq: “Məncə, yalnız hüquqi məsələlərin həlli qalıb. Burda mənim 5 il yaşamağım və ya qohumluq əlaqələrinin olması və başqa məsələlər var. Bunlar mənim səlahiyyətimdə olan işlər deyil. AFFA bu barədə işlər həll olunandan sonra FIFA-ya müraciət edəcək. Hər şey ordan gələn cavabdan asılıdı”.
(Futbolpress.az)
